Pakistan Prezidenti COP29-a dəvət olunub

   Pakistan Prezidenti COP29-a dəvət olunub
  10 May 2024    Oxunub:719
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevi qəbul edib.
AzVision.az xəbər verir ki, Prezident Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib və bu tədbirin inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı maliyyə ehtiyaclarına dəstək verəcəyinə ümid etdiyini dilə gətirib.

O, Pakistan-Azərbaycan əlaqələrini yüksək qiymətləndirdiyini və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduqlarını söyləyib. İki ölkə arasında münasibətləri daha da möhkəmləndirmək üçün qarşılıqlı əlaqələrin, ikitərəfli mübadilələrin və insanlar arasında təmasların təşviqinə çağırıb.

Muxtar Babayev Pakistan və Azərbaycan arasında ikitərəfli, xüsusilə turizm və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Pakistan Prezidenti 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-da iştiraka dəvət olunub.

AzVision.az


Teqlər: Azərbaycan   Pakistan   COP29  





Xəbər lenti