Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqləndi

Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqləndi
  04 May 2024    Oxunub:740
Yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydaları təsdiqlənib.
AzVision.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

Qaydalar “Təhsil haqqında” qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsili pillələrində yeni təhsil proqramlarının (ixtisasların) açılması məsələlərini tənzimləyir.

Yeni təhsil proqramının (ixtisasların) açılması təhsilin müvafiq pillələri (səviyyələri) üzrə ixtisasların təsnifatına (bundan sonra təsnifat) yeni ixtisasın əlavə olunmasına, təsnifatda mövcud olan ixtisas üzrə ali və ya orta ixtisas və ya peşə təhsili müəssisəsində (bundan sonra-təhsil müəssisəsi) ilk dəfə tədrisə başlanılmasına, təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsinə və təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə şamil edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti