Ahıl kişini avtomobil öldürdü

Ahıl kişini avtomobil öldürdü
  04 May 2024    Oxunub:489
Bakıda avtomobil 74 yaşlı kişini vuraraq öldürüb.
AzVision.az xəbər verir ki, hadisə Yasamal rayonu, Ş. Mehdiyev küçəsində qeydə alınıb.

Famil Məmmədov idarə etdiyi "Toyota Prado" markalı avtomobillə 1950-ci il təvəllüdlü Həsənağa Bayramovu vurub. Piyada təcili yardım avtomobilində aldığı xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti