ABŞ kəşfiyyatının direktoru Misirə gedib

ABŞ kəşfiyyatının direktoru Misirə gedib
  03 May 2024    Oxunub:1123
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Vilyam Berns Qəzza zolağında aparılan müharibə ilə bağlı danışıqlar üçün Misirin paytaxtı Qahirə şəhərinə yollanıb.
AzVision.az xəbər verir ki, bu barədə Misirin adı açıqlanmayan təhlükəsizlik nümayəndəsi məlumat yayıb.

Yeri gəlmişkən, Misir Qətər və ABŞ ilə birlikdə İsrail-HƏMAS arasında atəşkəs və əsirlərin azadlığa buraxılmasına dair danışıqların vasitəçisidir. İsrailin Qəzza zolağının cənubunda - Misir sərhədindəki Rəfəh şəhərinə hücum ehtimalı da rəsmi Qahirənin bu müharibəyə qarşı xüsusi yanaşmasının başqa bir səbəbidir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Misir   Qəzza   İsrail  





Xəbər lenti