Bakıda qadınlar üçün taksi istifadəyə verildi - FOTO

Bakıda qadınlar üçün taksi istifadəyə verildi  - FOTO
  02 İyul 2014    Oxunub:27419
`Qafqaz City` Otelində BA Şirkətlər Qrupu tərəfindən “Lady Taxi” xidmətilə bağlı mətbuat konfransı keçirilib.
BA Şirkətlər Qrupu nisbətən gənc qurum olmağına baxamayaraq, “Lady Taxi” layihəsi ilə bir ilkə imza atıb. “Sürücüləri yalnız xanımlar olan bu taksilər ən son avadanlıqlarla təchiz edilib. Xanım sərnişinlərin istifadəsinə komfortlu salonu olan avtomobillər təqdim edilir. Salonda quraşdılan GPS avadanlığı və izləmə kamerası xanımlar üçün rahat və təhlükəsiz səyahət imkanı yaradacaq”, – deyə BA Şirkətlər Qrupunun rəhbəri İlkin Sultanlı bildirib.

Qeyd edək ki, “Lady taxi” xidməti sırf xanımlar və azyaşlı uşaqlar üçün nəzərdə tutulub. Bundan əlavə bu taksilər az yaşlı uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqlarla təchiz olunub.

Sərnişinlər bir kilometr gediş üçün 95 qəpik olacaq. Gələcəkdə daimi müştərilər üçün gözəllik salonlar, restoranlar və s. yerlər üçün güzəşt kartlarının təqdim edilməsi nəzərdə tutlub.

`Lady Taxi` xidmətindən istifadə etmək üçün *6868 nömrəsini yığmaq lazımdır

Hazırladı: Balifa Baxşiyeva

Tərcümə etdi: Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti