Məşhurlardan polislərə maraqlı təbriklər

Məşhurlardan polislərə maraqlı təbriklər
  02 İyul 2014    Oxunub:18169
Bu gün Azərbaycanda polis işçilərinin peşə bayramıdır. AzVision.az və məşhurlar peşə bayramı münasibəti ilə polisləri təbrik edir:

Azər Qəribov: Biz hamımız polisləri tez-tez tənqid edirik. Lakin etiraf etmək lazımdır ki, məhz polisin sayəsində Bakı bu gün dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Məhz onların sayəsində biz günün istənilən saatında küçələrdə rahat şəkildə gəzirik.

Tənqidə gəldikdə isə ona həmişə ehtiyac var, o çox faydalıdır. Laikin bayram günü tənqid lazım deyil.



Aynur Məmmədova: Mən onlara səbr arzulayıram. Əgər onlar olmasaydı, hər şey olduqca çətin olardı. Hər səhər mən onların səbrlə bizim şəhərin yollarında hərəkətin nizamlanmasının şahidi oluram. Biz səhərlər yuxulu olduğumuz zaman onlar bu prosesin öhtəsindən gəlirlər. Ən təəcüblüsü isə böyük nəqliyyat axının idarə edən zaman polislərin üzündə təbəssümün olmasıdır.



Səadət Kadırova: Mən çox istəyərdim ki, bu peşə həqiqətən prestijli olsun. Çünki polis uşaqlıqdan bəri nümunə götürmək istəyin peşədir! Biz hamımız məşhur Styopa dayını xatırlayırıq. Məhz onun nümunəsində biz bu peşənin necə məsuliyyətli və çətin iş olduğunu öyrəndik. Heç də hər kəs bu məsuliyyətin öhdəsindən gələ bilmir. Mən paqonları taxaraq ölkə qarşısında məsuliyyətini anlayan vətən övladlarımıza sağlamlıq və güc arzulayıram.



Aureliya Qriqoriu: Böyük məmnuniyyətlə Azərbaycan polislərini peşə bayramı münasibətilə təbrik edirəm! Bu gün sizin ölkədə hüquq və qanunun bayramıdır, deməli həm də bu polisin təhlükəsizliyini təmin etdiyi bütün insanların bayramıdır. Polis işçilərinə sağlamlıq, xoşbəxtlik, az sayda qanun pozuntusu və cinayət, həmçinin gözəl ölkəniz olan Azərbaycanın beynəlxalq tədbirlərdə xeyli sayda müşayiət arzulayıram.



Vyaçeslav Sapunov: Əziz polis işçiləri bu bayram günündə sizə anlayış arzulayıram. Bütün dürüst vətəndaşlar məhz onların təhlükəsizliyi üçün neçə çətin xidmət aparmağınınız anlasınlar, siz polislər isə biz vətəndaşların hər şeydən öncə sizin bacı-qardaşınız olduğunuz olmağınızı anlayın. Biz sizlərdən qorxmamalıyıq, sizi sevmək istəyirik. Sizə rahat və sakit xidmət arzulayıram. Qoy paqonlarınızın üzərində ulduzların sayı artsın, cinayətkarların sayı isə azalsın! Bayramınız mübarək!



İlkin Sultanlı: Fürsətdən istifadə edərək polisləri təbrik edirəm. Çünki məhz bizim polislər asayiş keşikçisi kimi böyük məsuliyyət daşırıyırlar. Mən polis işləyən dostlarım var, mənim rəhmətlik babam isə Az SSRİ DİN-də mayor olub. Bir daha bütün polis işçilərimizi bayram münasibətilə təbrik edirəm.



Günel İbrahim: Mən onlara həmişə hüququ prinsiplərinin əsas hissəsi olmalarını arzulayıram. Polislərin seçilməsi prosesi xüsusi olmalıdır. Onları hüquq normaları və ölkənin qəhrəmanları sırasında görmək istəyərdim.



Günay Malikqızı: Azərbaycanın bütün polislərini təbrik edirəm! Onlara cinayətkarlarsız, avtoşlarsız və kriminalsız gün arzulayıram. Onlara qanunu pozan şəxslərin düşməni, sadə vətəndaşların dostu olmağı arzulayıram. Azərbaycan polisinə daha az qayğı, üzündə isə daha çox təbəssüm olmasını arzulayıram. Bizim polislər üçün ən yaxşı hədiyyələrdən biri mənim atam, şair və publisit malik Fərrux tərəfindən hazılan “Polismen” mahnısıdır. Qoy sizin belə mənəvi dəyərlərə əsaslanan hədiyyələriniz çox olsun!





Hazırladı: Balifa Baxşiyeva
Tərcümə etdi: Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti