Azərbaycanda şirniyyat festivalı keçiriləcək

Azərbaycanda şirniyyat festivalı keçiriləcək
  02 İyul 2014    Oxunub:11877
Azərbyacan milli mətbəxi öz zənginliyi ilə seçilir. Məhz buna görə milli mətbəximizi dünyaya tanıtmaq üçün mütəmadi olaraq müəyyən addımlar atılır. Milli mətbəxdən söz açdıqda Şəkini qeyd etməmək olmaz. Çünki Şəki özünəməxsus yeməkləri, xüsusilə də şirniyyatı ilə ad-san qazanıb. Bunu nəzərə alaraq Şəkidə şirniyyat festivalının keçirilməsi qərara alınıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosasiyası və Şəki şəhəri İcra Hakimiyyəti ilə birlikdə 20.07.2014-cü il tarixində Şəki şəhərində Beynəlxalq Milli Şirniyyat Festivalı keçiriləcək. Festival bütün dünyada iyunun 20-də qeyd edilən Şirniyyat Günü münasibəti ilə təşkil olunur.

Azərbaycanda belə festival bu günədək 4 dəfə keçirilib. Əvvəlki festivallar paytaxt Bakıda baş tutsa da, bu dəfə Şəkidə keçirilməsi daha məqsədəuyğun sayılıb. Əsas səbəb isə Şəki şirniyyatlarının özünəməxsusluğu ilə seçilməsidir. Festivalda Şəki kəndlərinin, ətraf 20 rayonun və 15 ölkənin iştirakı planlaşdırılıb.
Festivalda Azərbaycanın bölgələri də öz şirin xörəklərini (firni,xəşil, şirin plov südlü sıyıq və s. kimi), unlu qənnadı məmulatlarını (paxlava,fəsəli,qatlama,zilviyyə, umac halvası kimi),milli şəkərli şirniyyatlarını (noğul,qoz halvası,səməni halvası və bu kimi),sərgiləyəcəklər.Şirniyyat məhsulları öncədən hazırlanmış şəkildə gətiriləcək.Ayrılmış sərgi yerində iştirakçılar özlərinə məxsus milli paltarda olacaq,öz bölgələrinə məxsus məişət əşyaları, xalça,həsir və s.sərgiləyərək, sərgi yerində bölgənin əhval-ruhiyyəsini yaradacaqlar.


Teqlər:





Xəbər lenti