Etirazçılar Paşinyana vaxt verdilər

 Etirazçılar Paşinyana vaxt verdilər
  01 May 2024    Oxunub:1071
Ötən il Ermənistanın Azat kəndində baş vermiş yanğın nəticəsində həlak olan hərbçilərin valideynləri etiraz aksiyası keçirirlər.
Sputnik Armeniya-nın yaydığı məlumata görə, İrəvanda Respublika meydanına toplanan etirazçılar adları açıqlanmayan müəyyən şəxslərin saxlanılması üçün hakimiyyətə və hüquq-mühafizə sisteminə mayın 10-dək vaxt veriblər.

Sağ qalan əsgər İrəvanı ifşa etdi: "Öz gözümə inanıram"
Ölən əsgərlərdən birinin atası Hayk Kirakosyan konkret adlar çəkə biləcəyini, lakin hələlik bundan çəkindiyini deyib: “Əgər mayın 10-da keçirilən məhkəmə prosesində həmin şəxslərə qarşı cinayət işi başlanmadığını öyrənsək və onların həbsi məsələsinin həll olunmadığını görsək, o zaman bütün valideynlər, dostlarımızla birlikdə hökumət binasına axın edəcəyik. Yumşaq desək bu hökumət üçün problemlər yaradacayıq”.

Xatırladaq ki, ötən ilin yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azat kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 20-yə yaxın erməni hərbçisi həlak olub, daha üç əsgər isə ölümcül xəsarətlər alıb. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 10-a yaxın zabit də vəzifədən uzaqlaşdırılıb. Həmçinin, sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan saxlanılıb. Ölən əsgərlərin yaxınları isə hökumətin səsləndirdiyi təsadüfi yanğın versiyasına inanmırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti