Erməni jurnalist onlarla diplomsuz müəllim və məmur aşkarladı

   Erməni jurnalist onlarla diplomsuz müəllim və məmur aşkarladı
  01 May 2024    Oxunub:930
Ermənistan mediasında maraqlı araşdırmaları ilə tanınan jurnalist Oskan Sarkisyan diqqət çəkən məqalə dərc edib.
AzVision.az xəbər verir ki, o, ölkədə "diplomsuzlar ordusunun" mühüm vəzifələ və qurumlarda çalışdığını açıqlayıb. Sarkisyan araşdırmalar zamanı təkcə Tavuşda ali təhsili olmayan 55 müəllimin işdən çıxarıldığını və diplomu olmayan məmurlar isə vilayətidə müxtəlif vəzifələrdə çalışmalarını üzə çıxarıb.

Erməni jurnalist: "Bizi həmişə başqa dövlətlər idarə edib"
Onun sözlərinə görə Tavuş rəhbərinə müəyyən mənada birbaşa tabe olan iki sahə var ki, bunlar da orta məktəblər və dövlət səhiyyə müəssisələridir: "Bu sahələr təhsil və səhiyyə nazirliklikləri ilə birlikdə qubernatorluq tərəfindən də idarə olunur. Tavuşda uzun müddətdir ki, boş qalan vakant vəzifələr də var. Ştat cədvəlinə əsasən, Tavuş Akimliyində 76 vəzifə var ki, onlardan 56-sı dövlət qulluqçusu sayılır. Həmçinin 5 vakant dövlət qulluğu vəzifəsi də yeni kadrları gözləyir. 2023-2024-cü tədris ili ərəfəsində və eləcə də tədris ili ərzində Tavuş vilayətinin dövlət məktəblərində çalışan 55 müəllim ali təhsil diplomu olmadığı üçün işdən çıxarılıb. Həmçinin 2023-cü ilin payızında Berd icmasının Movses, Paravakar, Artsvaberd və Çinar kəndlərinin inzibati başçıları diplomları olmadığı üçün işdən uzaqlaşdırılıblar".

O xatırladıb ki, "Yerli özünüidarə haqqında” qanunun tələblərindən biri də odur ki, 1000 və daha çox əhalisi olan yaşayış məntəqəsinin inzibati rəhbərinin ali təhsilli olması vacibdir: "Tavuş qubernatoru Hayk Qalumyandan soruşdum ki, qubernatorluqda təmir-texniki məsələlərə baxan işçilər xaric digər əməkdaşlarınızın ali təhsili varmı? Mənə belə cavab verildi ki, qubernatorunun ofisində ali təhsili olmayan cəmi iki işçi var. Ümumiyyətlə ucqar, sərhədyanı kəndlərin 1000 və daha çox əhalisi olan məntəqələrin rəhbərləri, müəllimlər ali təhsilli olmalıdırlar. Tavuş vilayətində isə ali təhsili olmayanlar vəzifələrdə çalışırlar".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Jurnalist   Diplom  





Xəbər lenti