Anar Məmmədli həbs edilib

   Anar Məmmədli həbs edilib
  30 Aprel 2024    Oxunub:1030
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
AzVision.az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.

Qərara əsasən, Anar Məmmədli barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, o, ötən gün saxlanılıb və Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

AzVision.az


Teqlər: məhkəmə   qərar   həbs  





Xəbər lenti