Gürcüstan parlamenti qalmaqallı qanuna yenidən baxır

   Gürcüstan parlamenti qalmaqallı qanuna yenidən baxır
  30 Aprel 2024    Oxunub:740
Gürcüstan parlamenti plenar iclasda xarici agentlər haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlayıb.
Deputatlar layihəyə maddə-maddə baxırlar. Parlament çoxluğunun lideri Mamuka Mdinaradze artıq bəyan edib ki, qanun layihəsinin müzakirəsi bir günə başa çatmaya bilər və o, növbəti günə təxirə salınacaq. Aprelin 29-da Milli Məclisin Hüquq məsələləri komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

Aprelin 17-də Gürcüstan parlamenti ölkə prezidenti Salome Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etiraz etdiyi və bunu respublikanın Avropa İttifaqına inteqrasiyasına maneə hesab edən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Aprelin 15-dən Tbilisidə müxalifət və vətəndaş fəalları qanun layihəsinə qarşı mitinqlər keçirir.

“Gürcü arzusu - Demokratik Gürcüstan” aprelin əvvəlində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını elan edib. Bu, oxşar təşəbbüsün kütləvi etirazlara səbəb olmasından və hakimiyyəti qanun layihəsindən imtina etməyə məcbur etməsindən bir il sonra baş verir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti