Ursula fon der Leyen: "TikTok Avropa İttifaqında bloklana bilər"

   Ursula fon der Leyen:    "TikTok Avropa İttifaqında bloklana bilər"
  30 Aprel 2024    Oxunub:1102
TikTok sosial şəbəkəsi Avropa İttifaqında bloklana bilər.
AzVision.az “Politico” qəzetinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

"Ya sat, ya da bağlayıram!" - ABŞ və Çinin TikTok davası
"İstisna etmirəm" deyən Von der Leyen bir xatırlatma da edib. O qeyd edib ki, Avropa Komissiyası öz işçilərinə telefonlarına TikTok quraşdırmağı qadağan edən dünyada ilk təşkilat olub.

Xatırladaq ki, bu günlərdə ABŞ artıq bu istiqamətdə konkret qərar verdiyini bəyan etdi. Konqresin Nümayəndələr Palatası bununla bağlı qanun layihəsi qəbul etdi. Sənəddə Çinin "ByteDance" şirkətindən TikTok-dakı payını amerikalılara satması və ya bazarı tərk etməsi tələb edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   TikTok   Avropa-İttifaqı  





Xəbər lenti