Sülh prosesi barədə Konqres üzvlərinə məlumat verilib

   Sülh prosesi barədə Konqres üzvlərinə məlumat verilib
  24 Aprel 2024    Oxunub:832
Milli Məclisin Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir qrup köməkçisi ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov qonaqlara ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərindən danışıb.

Komitə sədri Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra bəzi Qərb dairələrinin və beynəlxalq təşkilatların ölkəmizə təzyiqləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesi, Azərbaycanın işğal edilmiş 4 kəndinin geri qaytarılması barədə Ermənistanla əldə olunmuş razılaşmanın əhəmiyyəti, Rusiya sülhməramlı qüvvələrinin ölkəmizdən çıxması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, dünyada gedən proseslər, Azərbaycanın milli maraqları, ölkəmizin multikulturalizm, tolerantlıq ənənələri və digər məsələlər barədə fikirlərini çatdırıb.

Görüşdə iştirak edən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri qonaqları maraqlandıran suallara cavab veriblər, ölkəmizin Birləşmiş Ştatlarla münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər.

AzVision.az



Teqlər:





Xəbər lenti