Şəhriyar Məmmədyarov 6-cı yerdə

Şəhriyar Məmmədyarov 6-cı yerdə
  02 İyul 2014    Oxunub:1155
Beynəlxalq Şahmat Federasiyasının saytında dünya şahmatçılarının rapid və blits üzrə 1 iyul 2014-cü il tarixinə reytinqləri dərc edilib.
AzVision.az xəbər verir ki, rapid üzrə reytinq siyahısında birinci yeri italiyalı Fabiano Karuana (2858), ikinci yeri norveçli Maqnus Karlsen (2855), üçüncü yeri isə rusiyalı Aleksandr Qrişşuk (2828) tutur. Azərbaycan qrossmeysterləri Teymur Rəcəbov (2776), Şəhriyar Məmmədyarov (2739), Qədir Hüseynov (2709) və Rauf Məmmədov (2707), müvafiq surətdə 10-cu, 22-ci, 39-cu və 41-ci yerləri tuturlar.

Blits üzrə TOP-100 siyahısında ən yüksək reytinqin sahibi norveçli Maqnus Karlsendir (2948). İkinci yeri amerikalı Hikaru Nakamura (2906), üçüncü yeri rusiyalı Yan Nepomnyaşşi (2850) tutur.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov 2824 əmsalı ilə altıncı yerdədir. Birinci onluğu Rauf Məmmədov (2767) qapayır. Digər Azərbaycan qrossmeysterləri Teymur Rəcəbov (2715) 34-cü, Eltac Səfərli (2676) 66-cı, Qədir Hüseynov (2653) 85-ci yerləri tuturlar.

Qadınlar arasında həm blits, həm də rapid üzrə birinci yeri Macarıstan nümayəndəsi Yudit Polqar tutur.


Teqlər:





Xəbər lenti