Fiziki məhdudiyyət əngəl deyil - “Məhəmmədlə Motivasiya” adlı seminar keçirilib -FOTOLAR

   Fiziki məhdudiyyət əngəl deyil    - “Məhəmmədlə Motivasiya” adlı seminar keçirilib    -FOTOLAR
  23 Aprel 2024    Oxunub:737
“Zəhra Xatun” Qadın İnkişaf Birliyi və Sosial işçi, motivator Məhəmməd Ələkbərov maraqlı layihə reallaşdırıblar.
Birlikdən verilən məlumata görə, “Bir Addım Bir Qərar!” devizi və “Məhəmmədlə Motivasiya” adı altında reallaşan tədbir tanıtım seminarı kimi təşkil olunub.

Açılış nitqi ilə çıxış edən təşkilatın rəhbəri Dr. Leyla Həsənova Məhəmmədi və onun anası Afaq xanımı hər kəsə təqdim edərək seminarın məqsədləri haqqında danışıb.

“Məhəmməd indi özü kimi müəyyən məhdudiyyətlərlə üzləşmiş şəxslərə bir işıq olmağa çalışır. Tədbirdə qonaqlar Məhəmmədin “İstənilən hər şey öncə xəyal etməklə başlayar!”, “Məhəmmədlə motivasiya” adlı çıxışlarını, onun anası Afaq xanımın “Məhəmmədin dünəndən bu günə və valideynlərə müraciəti” adlı çıxışlarını dinləyiblər.
Bundan başqa ona dəstəkçi olan psixoloq Ülkər xanım Məhərrəmovanın “Motivasiya” adlı çıxışları da maraqla qarşılanıb. Seminara öz sahəsində sözünü demiş bir çox tanınmış simaların qatılması da layihəyə rəng qatıb. Seminardan sonrada xeyli müsbət fikirlər aldıq. Tədbirimiz isə Məhəmmədin bu sözləri ilə tamamlandı: “Mən əlilliyi olan 23 yaşında bir gəncəm. Bu seminarı təşkil etməkdə məqsədimiz insanlara stimul vermək və bizlərin də cəmiyyətin axarında var olduğuna və bundan sonra da var olacağına dair bir çağırış etmək idi. Mənim məqsədim bütün Azərbaycana səsimi çatdıraraq əlilliyi olan şəxslərin nələrə qadir ola biləcəklərini ölkəyə nümayiş etdirməkdir.”
Məhəmmədin belə bir təqdirəlayiq yolda ilk addımında yanında olduğumuz üçün qürurluyuq”, - Leyla Həsənova deyib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü və uşaq serebral iflicindən əziyyət çəkən Ələkbərov Məhəmməd Məhəmməd oğlu
sosial işçi və motivatordur. O, Azərbaycan Universitetində Sosial İş ixtisası üzrə təhsil alıb, yekun dövlət attestasiyasından isə maksimum nəticə (100 BAL) göstərdiyinə görə fəxri fərmanla təltif edilib.
Bundan başqa, Məhəmməd universitet daxilində Sosial İşçi Klubu olan Empatiya Klubunun bir çox tədbirlərinə təşkilatçılıq edib. O, universiteti maksimum nəticə ilə bitirdikdən sonra fəxri fərmanla təltif edilib.
Bundan başqa Məhəmmədin digər təltifləri də mövcuddur. Motivator Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi intellektual zəka oyununda 3-cü olub.
AzVision.az

Qalereya




Teqlər: Təlim  





Xəbər lenti