“Halving” “Bitcoin”in qiymətinin artımının əsas katalizatoru deyil"

“Halving” “Bitcoin”in qiymətinin artımının əsas katalizatoru deyil"
  23 Aprel 2024    Oxunub:1039
Aprelin 20-də “Bitcoin” şəbəkəsində dördüncü “Halving” (yarılanma) baş verdi. Bunun ardınca ən böyük kriptovalyutanın qiymətində əhəmiyyətli artım oldu. Yarılanmalar təxminən dörd ildən bir baş verir.
“Binance” şirkətinin Mərkəzi və Şərqi Avropa (CEE) regionu və Mərkəzi Asiya üzrə ofisinin rəhbəri Kirill Xomyakov tarixi əhəmiyyətə malik bu hadisəni şərh edib.

K.Xomyakov hesab edir ki, “Bitcoin” “halving”i kriptovalyuta sənayesində əlamətdar hadisədir və bu müddət ərzində hər dörd ildən bir yeni “Bitkoin”lərin tədarükündə 50% azalma olur:

“Nəzərə alsaq ki, “Bitcoin” 21 milyon maksimum tədarükə malik sabit bir aktivdir və tədarükün yarıya enməsi əhəmiyyətli hadisə kimi qəbul edilməlidir. Həmçinin bu hadisənin bazara təsiri qaçılmazdır. Belə ki, “Bitcoin” sabit emissiya cədvəlinə malikdir və müraciətlərin bir çoxu məhz əvvəlcədən müəyyən edilmiş emissiya siyasətinə uyğun olaraq qəbul edilir”.

“Binance” rəsmisi “Bitcoin”in qiymətinin yüksəlməsinin səbəblərini də açıqlayıb:

“Əslində “Halving” “Bitcoin”in qiymətinin artımının əsas katalizatoru deyil. Bu prosesə makroiqtisadi faktorlar və kriptovalyuta bazarı ilə bağlı amillər də mühüm təsir edir.

Əslində “Halving” prosesi birbaşa olaraq bu kriptovalyutanın mayninqi (mining) ilə məşğul olan şəxslərin gəlirlərinin yarıbayarı aşağı düşməsinə səbəb olur. Bu isə öz təsirini daha çox bu prosesə təzə başlayanlar yaxud daha az paya sahib olan mədənçilərin gəlirlərində göstərə bilər. Nəticədə isə “Bitcoin”in “Hasrate”i baş verənlərdən təsirlənə bilər”.
AzVision.az



Teqlər: Bitkoin  





Xəbər lenti