"Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün cəhdlər göstərilir"

   "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün cəhdlər göstərilir"
  23 Aprel 2024    Oxunub:722
Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində baş tutan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxış edib.
AzVision.az xəbər verir ki, Prezidentimiz çıxışında Cənubi Qafqazdakı cari vəziyyətə kənardan müdaxilə cəhdlərinə də toxunub.

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın Baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik. Bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib", - dövlət başçısı vurğulayıb.

AzVision.az


Teqlər: Prezident   tədbir   çıxış   Cənubi-Qafqaz  





Xəbər lenti