"Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları" dəyişib

"Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları" dəyişib
  23 Aprel 2024    Oxunub:1127
İqtisadiyyat Nazirliyinin Kollegiyası "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"nda dəyişiklik edib.
AzVision.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra nağdsız hesablaşmalara nəzarət zamanı pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində bir nəzarət-kassa aparatının çeki üzrə 4 000 manatdan çox, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində bir nəzarət-kassa aparatının çeki üzrə 500 manatdan artıq olan ödənişlərin nağdsız qaydada aparılması araşdırılacaq.

Nazirliyinin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi   vergi   qərar  





Xəbər lenti