"Neft və qaz ümumi daxili məhsulumuzun yarıdan azını təşkil edir"

   "Neft və qaz ümumi daxili məhsulumuzun yarıdan azını təşkil edir"
  23 Aprel 2024    Oxunub:1076
Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində baş tutan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxış edib.
AzVision.az xəbər verir ki, Prezidentimiz ölkə iqtisadiyyatının müxtəlif sahələrə şaxələndiyini vurğulayıb.

"Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracımızın təxminən 95%-i neft və qazla bağlıdır. Hazırda əsas məqsədlərimizdən biri ixracımızı şaxələndirməkdir", - dövlət başçısı bildirib.

AzVision.az


Teqlər: Prezidenti   tədbir   çıxış   COP29  





Xəbər lenti