NATO-nun Rusiya ilə sərhəddə 33 min hərbçi si var

  NATO-nun Rusiya ilə sərhəddə    33 min hərbçi   si var
  23 Aprel 2024    Oxunub:875
İsveçin NATO-ya daxil olması Rusiyanın qərb və şimal-qərb strateji istiqamətlərində hərbi-siyasi gərginliyi artırıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında müdafiə naziri Sergey Şoyqu deyib.

“Martın əvvəlində İsveçin Şimali Atlantika Alyansına daxil olması qərb və şimal-qərb strateji istiqamətlərdə hərbi-siyasi gərginliyi artırıb. Bu gün NATO-nun sərhədlərimizdəki qüvvələrinin sayı 33 min nəfərə qədər, 300-ə yaxın tank və 800-dən çox digər zirehli döyüş maşınıdır”, - Şoyqu bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti