ABŞ-ın siyasətini bəyənməyən insanların sayı artır

   ABŞ-ın siyasətini bəyənməyən insanların  sayı artır
  23 Aprel 2024    Oxunub:448
Dünya üzrə aparılan sorğular ABŞ-nin xarici siyasətinə mənfi münasibət bəsləyənlərin faizinin artdığını göstərir.
AzVision.az xəbər verir ki, bu, "Gallup" sorğu xidməti tərəfindən aparılan ictimai rəy araşdırmasında təqdim olunub.

Dünyanın müxtəlif ölkələrində ABŞ-nin beynəlxalq aləmdəki fəaliyyətini bəyənməyən respondentlərin payı 2023-cü ildə ötən illə müqayisədə 3 faiz artaraq 36%-ə çatıb. Eyni zamanda, respondentlərin 41%-i Vaşinqtonun xarici siyasətinə müsbət münasibət bildirib.

Tədqiqat 2007-2023-cü illərdə 130 ölkədə aparılıb. Burada 15 yaşdan yuxarı respondentlər iştirak ediblər.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov müstəqil siyasət aparmağa qadir olan bütün ölkələrin ABŞ-nin hücumuna məruz qaldığını bildirmişdi.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti