Dünyanı ən çox narahat edən problemlər

Dünyanı ən çox narahat edən problemlər
  23 Aprel 2024    Oxunub:875
Qlobal problemlər zamanla dəyişir. 2020-ci və ya 2021-ci ildə koronavirus mətbuatda baş xəbər olub. 2022-ci ildə başlıqlarda Rusiya-Ukrayna münaqişəsi üstünlük təşkil edirdi, 2024-cü ildə isə iqtisadiyyat və təhlükəsizlik iki aparıcı mövzuya çevrilir.
Bu barədə geniş metodologiyalar spektrindən istifadə edərək marketinq tədqiqatlarını aparan “Ipsos” şirkətinin hesabatında deyilir.

“Ipsos”a görə 2024-cü ildə dünyanı narahat edən əsas problemlər aşağıdakılardır:

1. İnflyasiya (35 faiz)

2. Yoxsulluq və sosial bərabərsizlik (30 faiz)

3. Cinayətkarlıq və zorakılıq (30 faiz)

4. İşsizlik (27 faiz)

5. Siyasi və ya maliyyə korrupsiyası (26 faiz)

6. Səhiyyə (22 faiz)

7. İqlim dəyişməsi (17 faiz)

8. Vergilər (16 faiz)

9. Miqrasiya nəzarəti (16 faiz)

10. Təhsil (14 faiz)

11. Ölkələr arasında hərbi münaqişə (10 faiz)

12. Mənəvi tənəzzül (10 faiz)

13. Ətraf mühit təhdidləri (9 faiz)

14. Terrorizm (8 faiz)

15. Ekstremizmin artması (8 faiz)

AzVision.az



Teqlər:





Xəbər lenti