Peskov: "Geosiyasi reallıqda sülhməramlıların funksiyası qalmayıb"

      Peskov:    "Geosiyasi reallıqda sülhməramlıların funksiyası qalmayıb"
  22 Aprel 2024    Oxunub:1071
"Rusiya sülhməramlıları Qarabağdan çıxıblar, çünki onların regionda funksiyası qalmayıb".
AzVision.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, Ermənistanın Azərbaycanın 1991-ci ildəki sərhədlərini tanıdıqdan sonra regionda yaranmış reallığa uyğundur. Hazırkı geosiyasi reallıqda sülhməramlıların funksiyası qalmayıb", - o bildirib.

Peskov Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmaya da toxunub:

"Bəzi məsələlər artıq razılaşdırılıb. Danışıqlar davam edir".

O həmçinin sülh sazişi ilə bağlı bildirib ki, Bakı və İrəvan bu sahədə də işləyir, ancaq hələ də razılaşdırılmamış maddələr var.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti