Boksçumuz erməni rəqibinə qalib gəlib

   Boksçumuz erməni rəqibinə qalib gəlib
  22 Aprel 2024    Oxunub:867
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasından AzVision.az -a verilən məlumata görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda ermənistanlı Lusine Gevorqyanı mübarizədən kənarlaşdırıb.

İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, aprelin 23-də 1/4 finalda ilk döyüşdən azad Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq.

Çempionat aprelin 28-də yekunlaşacaq.

AzVision.az


Teqlər: idman   boks   Avropa-çempionatı  





Xəbər lenti