Qazaxla sərhədə etiraza gedən erməniləri polislər geri qaytarırlar

Qazaxla sərhədə etiraza gedən erməniləri polislər geri qaytarırlar
  22 Aprel 2024    Oxunub:734
Xəbər verdiyimiz kimi Ermənistan Qazaxın işğalda saxlanılan 4 kəndini Azərbaycana qaytarıb.
İrəvanın bu qərarı erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Sərhədyanı kəndlərdə yaşayanlar təxribat xarakterli aksiyalar keçirir, radikallar isə Tavuş vilayətinə getməyə çalışırlar.

"Mamul" nəşrinin yaydığı məlumata görə, Kiranç sakinləri Kiranç-Voskepar yolunu bağlayıblar.

"İctimai-siyasi xadimlər digər rayonların sakinlərini də etiraz aksiyasına qoşulmağa çağırırlar. Yayılan xəbərlərə görə, artıq bir sıra şəhər və kəndlərdən olan xeyli sayda insan Tavuşa doğru yol alıb. O da qeyd edilir ki, polislər yollarda həmin kalonları yoxlayırlar. Patrullar Kirança gedən maşınları saxlayıb sənədləri yoxlayırlar",- məlumatda qeyd edilib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti