Zelenski Makronun təklifini etibarsız saydı

Zelenski Makronun təklifini etibarsız saydı
  22 Aprel 2024    Oxunub:900
Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunları zamanı Rusiya ilə barışığın olacağına inanmır.
Bu barədə Zelenski fransız müxbir Hüqo Traversə müsahibəsi zamanı deyib.

Jurnalist Ukrayna liderindən Fransa prezidenti Emmanuel Makronun iyulun 26-dan avqustun 11-dək atəşkəs elan etmək təklifinə münasibət bildirməsini istəyib. O xatırladıb ki, həmin dövrdə Parisdə ən böyük beynəlxalq idman yarışı keçiriləcək.

Zelenski isə "Mən Rusiya ilə atəşkəsin nə bu, nə də digər hər hansı bir formatına inanmıram" deyib.

Xatırladaq ki, martın 17-də Makron Rusiya rəhbərliyinə Olimpiya Oyunları zamanı atəşkəs rejiminin yaradılması təklifi ilə bağlı planlarını açıqlayıb. Daha sonra o, bu təşəbbüsün həyata keçirilməsi üçün məsələnin Çin lideri Si Cinpinlə müzakirə etmək niyyətində olduğunu bəyan edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti