Qətldə günahlandırılan azərbaycanlı Moskvada həbs olundu

   Qətldə günahlandırılan azərbaycanlı Moskvada həbs olundu
  22 Aprel 2024    Oxunub:1596
Moskvada dayanacaqda münaqişə zəminində qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbasov barəsində 2 aylıq həbs -qətimkan tədbiri seçilib.
"Mən bunu istəmirdim, amma oldu",- deyə o məhkəmədə deyib.
Moskvada qətldə şübhəli bilinən azərbaycanlı saxlanıldı


Ş. Ababsovu və onun hadisə yerində olan böyük qardaşını 20 ilədək həbs cəzası gözləyir. Yaxın vaxtlarda iş üzrə digər təqsirləndirilən şəxslər barəsində də həbs qətimkan tədbiri seçiləcək.

“Shot” telegram kanalının məlumatına görə, hazırda Abbasovların ayaqqabı biznesi yoxlanılır. İstintaq Komitəsinin məlumatına görə, bütün ailə qanunsuz sxemə cəlb edilib. Abbasovlar ailəsinin yaşadığı ipoteka mənzilində külli miqdarda rubl və dollar pul tapıblar.

Qeyd edək ki, səs-küylü cinayət aprelin 17-də Moskvanın Krasnodarskaya küçəsində çoxmərtəbəli yaşayış binasının yaxınlığında baş verib. Münaqişəyə səbəb Şahin Abbasovun avtomobilini girişdə saxlaması olub. Rusiya vətəndaşı 24 yaşlı Kirill Kovalev buna görə ona irad tutub və mübahisə davaya çevrilib.

Ş. Abbasov K. Kovalevə bir neçə bıçaq zərbəsi vurub və BMW markalı avtomobillə hadisə yerindən uzaqlaşıb. Zərərçəkmiş xəstəxanada dünyasını dəyişib. Ş. Abbasovla birlikdə onun qardaşı Şöhrət Abbasov və qohumu İsa Abbasov da saxlanılıb.


Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti