Qriqoryan ABŞ səfiri ilə sərhədlərin delimitasiyasını müzakirə edib

 Qriqoryan ABŞ səfiri ilə sərhədlərin delimitasiyasını müzakirə edib
  22 Aprel 2024    Oxunub:1030
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuin görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, görüşdə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələləri müzakirə olunub.

Tərəflər Ermənistan və ABŞ ilə bağlı gündəmdə olan məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti