Voskeparın ətrafı minalardan təmizlənir - VİDEO

Voskeparın ətrafı minalardan təmizlənir -  VİDEO
  22 Aprel 2024    Oxunub:764
Erməni istehkamçılar sərhədlərin dəqiqləşdirilməsi məqsədi ilə Voskepardakı Müqəddəs Ana Kilsəsi ilə bitişik ərazilərdə minaları təmizləməyə başlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb.
Nəşr kənd sakinlərinə istinad edib. Qeyd edilir ki, hazırda ərazidə 20-25 istehkamçı işləyir.

Bundan əvvəl isə Voskepar sakinləri işğalda qalan kəndlərin Azərbaycana verilməsinə etiraz edərək minaların təmizlənməsinə mane olmağa çalışıblar.

Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd isə kilsənin yaxınlığından keçəcək. Amma dini obyektin Ermənistanın nəzarətində qalacağı deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti