İsrailin hərbi kəşfiyyat rəisi istefa verir

İsrailin hərbi kəşfiyyat rəisi istefa verir
  22 Aprel 2024    Oxunub:1033
İsrail Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin komandanı, general-mayor Aaron Haliva istefaya gedir.
Bu barədə İsrail Müdafiə Nazirliyinin (SAXAL) sosial media hesabında yayımlanan bəyanatında deyilir.

Məlumata görə, general 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının İsrailin nəzarətində olan ərazilərə hücumu zamanı baş verən hadisələrə görə məsuliyyətini etiraf edib. Hadisə zamanı 1,2 mindən çox israilli öldürülüb, 240 nəfər isə əsir götürülüb.

SAXAL-ın Baş qərargah rəisi Hersi Ha-Levi 38 illik xidmətinə görə Aaron Halivaya təşəkkürünü bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti