KTMT: Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var

      KTMT:    Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var
  22 Aprel 2024    Oxunub:958
Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var.
Bunu TASS-a Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına münasibət bildirərkən deyib.

“Rusiya sülhməramlılarının Qarabağda olması ilə bağlı: Hazırda bu, Azərbaycan Respublikasının ərazisidir və onun təhlükəsizliyini təmin etmək üçün Bakının öz qüvvələri var. Hesab edirəm ki, regionda sabitlik daha çox Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti