Qrip virusu və “X xəstəliyi”: Dünyanı yeni pandemiya gözləyir
Media ekspertlər arasında aparılan sorğunun məlumatlarına istinad edərək bildirir ki, alimlərin 57%-i növbəti qlobal epidemiyanın qrip virusunun ştammından, 21%-i isə “X xəstəliyi”ndən yaranacağına əmindir. Məlumata görə, "X xəstəliyi”ni naməlum mikroorqanizmlər yaradır.
Alimlərin daha 15%-i yeni epidemiyaya "Sars-CoV-2"nin səbəb olacağını düşünür.
Sorğuda 187 alim iştirak edib. Məlumatlar aprelin sonunda Barselonada keçiriləcək Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin konqresində ictimaiyyətə açıqlanacaq.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: