Dövlətlər silahlanmaya nə qədər xərcləyir?
Qlobal reytinqin zirvəsində olan həm ABŞ, həm də Çin 2023-cü ildə hərbi xərclərini artıraraq müvafiq olaraq bu sahəyə 916 milyard və 296 milyard dollar ayırıblar. 2023-cü ildə NATO-nun 31 ölkəsinin ümumi hərbi xərcləri 1,341 trilyon dollar olub.
Hərbi xərclərə görə ikinci yeri 2023-cü ildə 296 milyard dollar xərcləyən Çin tutur ki, bu da 2022-ci illə müqayisədə 6% çoxdur. Latın Amerikası və Karib hövzəsində hərbi xərclər 2023-cü ildə 2014-cü illə müqayisədə 54% artıb. Mütəşəkkil cinayətkarlığın artması regionun bir neçə ölkəsini cinayətkar dəstələrlə mübarizə aparmaq üçün ordularını gücləndirməyə məcbur edib.
2023-cü ildə Rusiyanın hərbi xərcləri 24% artaraq 109 milyard dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 57% çoxdur. Ötən il hərbi xərclər bütün büdcə xərclərinin 16%-ni, hərbi yük isə ÜDM-in 5,9%-ni təşkil edib.
Keçən il Hindistan ən böyük hərbi büdcəyə malik ölkələr arasında dördüncü yerdə qərarlaşıb: o, hərbi məqsədlərə 83,6 milyard dollar xərcləyib ki, bu da 2022-ci illə müqayisədə 4,2% çoxdur. Braziliyanın bu sahəyə ayırmaları 3,1% artaraq 22,9 milyard dollara çatıb.
AzVision.az
Teqlər: