Jurnalist ABŞ-ın gizli bazasına daxil oldu - SENSASİYALI KADRLAR

Jurnalist ABŞ-ın gizli bazasına daxil oldu - SENSASİYALI KADRLAR
  01 İyul 2014    Oxunub:1167
Heç kim “Global Hawk” pilotsuz uçan qurğuların Siqonella bazasında olan gizli anqarda və digər obyektlərdə nə qədər müddətdir ki, olduğunu bilmir.

AzVision.az-ın məlumatına görə, bu barədə İtaliyanın “La Repubblica” qəzetində dərc olunan məqaləsində Alberto Bonanno və Alessandro Pulya qeyd edib.

“Böyük, yüngül, güclü və acıqlı. Nəhəng kosmik həşəratlar kimi amansız, yazıçı-fantastın təxəyyülü əsasında hazırlanmış bir silah.. Budur Siqnolledə gizli anqarda olan ABŞ-ın uçan pilotsuz təyyarələri. “Le Repubblica”ya qədər hələ heç kim bura foto və telekameralarla daxil ola bilməyib. Onlar Şimali Afrika və ya Yaxın Şərqdə növbəti kəşfiyyat tapşırığını gözləyirlər. “Northrop Grumman” şirkəti tərəfindən istehsal olunan texnoloji xəzinələr məhz bu regionlarda işləmək üçün yaradılıb.



“Onların böyük başlarında gözləri – pilotun kabinasının pəncərə-illüminatorları axtramaq faydasızdır. Bu səma Bu göy bədheybətlərinin gözü füzelyaj və burunlarının altındadır. Bu yüksəktexnologiyalı gözlər 20 min metr hündürlükdən detalları müəyyənləşdirə bilən və hərbi əməliyyatların planlaşdırılması üçün istifadə edilən dəqiq millimetrlik xəritələr yaradan obyektiv və telekameralardan ibarətdir” – deyə, məqalədə bildirilir.

“Bizim müxtəlif hərbi təyinatlar üçün bir neçə uçan aparatımız var” - deyə, Siqonelladakı ABŞ hərbi bazasının rəhbəri bildirib. O, qanadlarının uzunluğu 35 metr olan bədheybətə böyük ehtiramla baxır” –deyə, nəşr bildirib.



“Siqonelladakı pilotsuz uçan təyyarələr artıq kult olub. Dronların əks olunduğu onlarla foto gizli anqara aparan dəhlizi bəzəyir. 1998-ci ilin fevralından etibarən bu təyyarələr artıq 100 min saat uçublar. Dişlərinə qədər silahlanan iki hərbçi bütün zəif yerləri qoruyucu örtüklərlə bağlanan təyyarələri müdafiə edir. Baza komplektasiyasının fotoavadanlığıyla təchiz olunan bir “Global Hawk” təyyarəsinin dəyəri 220 milyon dollardır. Uçan qurğuda quraşdırılan avadanlıqdan asılı olaraq bu qiymət iki dəfəyə qədər arta bilər. Bu və ya digər anqarlarda nə qədər belə təyyarələrin olması məlum deyil. Təxmini demək olar ki, beş “Global Hawk” mövcuddur. Əminliklə demək olar ki, bazanın digər hissəsində “General Atomics” şirkəti tərəfindən istehsal olunan və bomba yüklərini də daşıya bilən balaca dronlar,”Predatorlar” var. Lakin ora tamamilə məxfi zonadır” - deyə jurnalistlər yazır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti