Zelenski qalib gəlmək şansını açıqladı

   Zelenski qalib gəlmək şansını açıqladı
  21 Aprel 2024    Oxunub:988
Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, ABŞ-ın yeni yardım paketi sayəsində Ukrayna Silahlı Qüvvələri Rusiya ilə münaqişədə qalib gəlmək şansı əldə edəcək.
O bu barədə Amerikanın NBC News telekanalına müsahibəsində fikirlərini bölüşüb.

Söhbət zamanı jurnalist Zelenskidən Ukraynanın Amerikadan yeni yardım paketi aldıqdan sonra münaqişədə qalib gələ biləcəyini, yoxsa bunun yalnız döyüşlərin davam etməsini təmin etmək üçün lazım olduğunu soruşub. Ukrayna liderinin sözlərinə görə, bu dəstək Ukrayna Silahlı Qüvvələrini gücləndirəcək.

“Qələbə qazanmaq şansımız olacaq. Biz həqiqətən çox ehtiyacımız olan silah sistemlərini alacağıq”, - deyə Zelenski əlavə edib.

O qeyd edib ki, bu yardım bütün əraziyə “nazik təbəqə ilə yayılmamalıdır”. Dövlət başçısı vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri kritik sistemlərə, o cümlədən uzaqmənzilli artilleriyaya ehtiyac duyur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti