ABŞ ilk dəfə İsrail ordusuna sanksiyalar tətbiq edəcək

   ABŞ ilk dəfə İsrail ordusuna sanksiyalar tətbiq edəcək
  21 Aprel 2024    Oxunub:1156
ABŞ ilk dəfə İsrail Müdafiə Qüvvələrinin bölməsinə qarşı sanksiyalar tətbiq edəcək. Bu barədə “Axios” öz mənbələrinə istinadən yazır.
Nəşr iddia edir ki, dövlət katibi Antoni Blinken yaxın vaxtlarda müvafiq bəyanatla çıxış edəcək.

Axios-un məlumatına görə, "Netzach Yehuda" batalyonu İordaniya sahilinin qərb sahilində insan haqları pozuntularına görə sanksiya siyahısına daxil ediləcək. Sanksiyalar nəticəsində batalyon və onun üzvləri Amerikadan nə hərbi yardım, nə də amerikalı təlimatçılardan təlim ala biləcəklər.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti