Ermənilər yolu bağlayıb və minalardan təmizləməyə imkan vermirlər

   Ermənilər yolu bağlayıb və minalardan təmizləməyə imkan vermirlər
  21 Aprel 2024    Oxunub:1516
Azərbaycanla həmsərhəd Tavuş rayonunun sakinləri Kirants-Voskepar (Əskipara) yolunu bağlayıblar.
Yerli sakin Suren Petrosyan kənddə ölçmə aparan insanların olduğunu gördükdən sonra bazar ertəsi baş nazirin müavini Mher Qriqoryanla planlaşdırılan görüşü gözləməməyə qərar verdiklərini bildirib.
Qazaxın 4 kəndi qaytarılır


O, iddia edir ki, bu yaxınlarda erməni hərbçiləri minalardan təmizləmə işlərinə başlamaq istəsələr də, yerli sakinlər buna mane olublar.

Qeyd edək ki, aprelin 19-u axşam saatlarından başlayaraq Tavuşun sərhəd kəndlərinin sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası yolunda etiraz aksiyaları keçirirlər. Onlar Ermənistan və Azərbaycan dövlət komissiyalarının 8-ci iclasının yekunları üzrə razılaşdırılmış Tavuş bölməsində sərhədin delimitasiyası versiyasına qarşıdırlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti