Hacıqabulda yol qəzası: Səkkiz nəfər xəsarət alıb

   Hacıqabulda yol qəzası:    Səkkiz nəfər xəsarət alıb
  21 Aprel 2024    Oxunub:706
Hacıqabulda baş verən qəzada xəsarət alanların adı məlum olub.
Hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla 8 nəfərin müxtəlif dərəcəli xəsarət alıb:

Kürdəmir rayon sakinləri Teyyublu Gülşən Vəlican qızı (1994-cü il təvəllüdlü), Teyyubov Niyaz Məmmədşah oğlu (1966-cı il təvəllüdlü), Teyyubov Şəfqət Əli oğlu (1970-ci il təvəllüdlü), Teyyubov Niyazi Rais oğlu (2023-cü il təvəllüdlü);

Qobu qəsəbə sakinləri Cəbrayılova Nazilə Ramin qızı (2013-cü il təvəllüdlü), Cəbrayılova Yazgül Niyaz qızı (1994-cü il təvəllüdlü) və daha iki nəfər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.
***
Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı 3-4 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə təcili yardim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(Report)
AzVision.az


Teqlər:





Xəbər lenti