Kabildəki partlayışı İŞİD öz üzərinə götürdü

   Kabildəki partlayışı İŞİD öz üzərinə götürdü
  21 Aprel 2024    Oxunub:715
Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD terrorçularının qolu olan “Xorasanda İslam Dövləti” öz üzərinə götürüb. Bu barədə AFP məlumat yayıb.
Partlayış nəticəsində, rəsmi məlumatlara görə, bir nəfər ölüb, üç nəfər yaralanıb. Agentliyin qeyd etdiyi kimi, terror hücumu xüsusilə şiə həzaraların məskunlaşdığı Kote Sangi ticarət zonasında törədilib.

Kabil polisinin sözçüsü Xalid Zadranın verdiyi açıqlamaya görə, avtobusun altına yerləşdirilən bomba partlayıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti