"Neftçi" "Zirə"yə uduzub

"Neftçi" "Zirə"yə uduzub
  20 Aprel 2024    Oxunub:724
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu baş tutub.
AzVision.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Neftçi"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladislav Kulaç fərqlənib. "Ağ-qaralar"da yeganə qolu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.

Qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qələbə nəticəsində xallarını 49-a çatdıran "Zirə" II pilləyə yüksəlib. "Neftçi" isə IV sıraya enib.

Günün ilk matçında "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib - 2:2. Ötən gün "Sumqayıt" isə səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1.

XXXI tur aprelin 21-də başa çatacaq.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti