Gimnastımız Dünya Kubokunda finala yüksəlib

Gimnastımız Dünya Kubokunda finala yüksəlib
  20 Aprel 2024    Oxunub:646
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
AzVision.az xəbər verir ki, idmançı lentlərlə hərəkətdə həlledici mərhələdə iştirak hüququ qazanıb. O, yarışın ikinci günündə ümumilikdə 125.850 xal toplayaraq, adını ilk "səkkizliy"ə yazdırıb. Digər gimnastımız Kamilla Seyidzadə isə ümumi təsnifatda (118.450 xal) 23-cü pillədə qərarlaşıb.

Zöhrə Ağamirova ötən gün halqa ilə hərəkətdə də adını finala yazdırıb. Turnir aprelin 21-də yekunlaşacaq.

AzVision.az


Teqlər: idman   bədii-gimnastika  





Xəbər lenti