Finlandiyanın baş naziri Aİ-dən pul istəyib

Finlandiyanın baş naziri Aİ-dən pul istəyib
  20 Aprel 2024    Oxunub:620
Finlandiyanın Rusiya Federasiyası ilə sərhəddə yerləşən bölgələrə yardım göstərmək üçün Avropa İttifaqından vəsaitə ehtiyacı var.
Bu barədə baş nazir Petteri Orpo mətbuat konfransında bildirib. "Ümid edirik ki, Avropa İttifaqı Şərqi Finlandiyaya maliyyə yardımı göstərəcək"- deyən Orpo, Şərqi Finlandiyanın Rusiyanın hərəkətləri nəticəsində iqtisadi cəhətdən böyük zərər çəkdiyini vurğulayıb.

Orpo əlavə edib ki, Aİ Rusiyadan gələn miqrant axınının dayandırılması üçün Finlandiyaya kömək etməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti