“Emirates” müntəzəm uçuşları bərpa edib

“Emirates” müntəzəm uçuşları bərpa edib
  20 Aprel 2024    Oxunub:520
“Emirates” aviakompaniyası leysan səbəbindən bir neçə gündür fəaliyyəti pozulan Dubay Beynəlxalq Hava Limanında normal uçuş cədvəlinə qayıdıb.
Bu barədə aviaşirkətin Baş direktoru Tim Klarkın açıqlamasında deyilir. Onun sözlərinə görə, aprelin 20-dən etibarən müntəzəm uçuş cədvəli bərpa edilib. Belə ki, hava limanının tranzit zonasında qalan sərnişinlər yenidən qeydiyyatdan keçib və onlar hazırda təyinat yerlərinə göndərilir.

Bu arada aşağı büdcəli “Flydubai” aviaşirkəti də Dubay Beynəlxalq Hava Limanının ikinci və üçüncü terminallarından uçan reyslərin normal fəaliyyətini bərpa edib.

AzVision.az


Teqlər:





Xəbər lenti