Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər

Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər
  20 Aprel 2024    Oxunub:544
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xaricdə istehsal edilmiş siqaretlər aşkar olunaraq götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti