Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
  20 Aprel 2024    Oxunub:814
Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.
AzVision.az xəbər verir ki, dialoq iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək və həm çoxtərəfli iqlim danışıqlarında, həm də ölkələr arasında etimadı gücləndirmək üçün 40-a yaxın ölkədən yüksək səviyyəli nümayəndələri bir araya gətirəcək.

Tədbirdə 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində kəsişən mövzulara diqqət yetiriləcək.

Dayanıqlı İnkişaf Məqsədləri (SDG) Bilik Mərkəzinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin COP28 sədrliyi, Azərbaycanın COP29 sədrliyi və Braziliyanın COP30 sədrliyindən ibarət COP Sədrlikləri Troykası Almaniyanın ev sahibliyi etdiyi 15-ci Petersberq İqlim Dialoqu zamanı baş tutacaq toplantılar və digər tədbirlər də daxil olmaqla, milli olaraq müəyyən edilmiş töhfələrin inkişafına maneələri qiymətləndirmək üçün bir sıra yüksək səviyyəli siyasi toplantılara ev sahibliyi edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti