İrəvan və Bakı ilk dəfə danışıqlar masası arxasında məsələni həll etdi - Paşinyan
Paşinyan əldə olunan razılaşmanın lazımi səviyyədə qiymətləndirilməli olduğunu bildirib.
"Ermənistan və Azərbaycanın ilk dəfə məsələni danışıqlar masası arxasında həll etdiyini qeyd etmək çox vacibdir", - o deyib.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
AzVision.az
Teqlər: