Azərbaycanda yeni elektron xidmət istifadəyə verildi

// “E-mza” ilə müqavilələr dəqiqələr içində hazır olur

   Azərbaycanda yeni elektron xidmət istifadəyə verildi
  19 Aprel 2024    Oxunub:1269
Bu gün Azərbaycanın ilk rəqəmsal mərkəzi “New Zeon”un təşkilatçılığı ilə yeni elektron xidmətin - “E-mza” mobil tətbiqinin təqdimat mərasimi keçirilib.
Dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutan tədbir zamanı qonaqlara tətbiqin faydaları, üstünlükləri barədə ətraflı məlumat verilib və istifadə qaydası nümayiş etdirilib.

Bildirilib ki, SİMA və “Asan İmza”nın tərəfdaşı olan “E-mza” hüquqi qüvvəyə malik müqavilələr hazırlamaq, imzalamaq və göndərmək üçün sürətli və asan bir yol təqdim edir.
Tətbiq vasitəsilə alqı-satqı, kirayə, icarə, faizsiz borc, xidmət və s. müqavilələri bağlamaq mümkündür.
Tətbiq Azərbaycan üçün uyğunlaşdırılıb və müqaviləyə əməl edilmədiyi halda hüquqlarınızı qanuni şəkildə müdafiə etməyə imkan verir.

Qeyd edilən etibarlı mobil tətbiq vasitəsilə müqavilə bağlamaq sadə və təhlükəsiz olmaqla yanaşı, hər zaman əlçatandır. Mobil tətbiqi İOS və Android cihazlarına yükləmək mümkündür.

Özünüzü və biznesinizi qorumağa imkan verən “E-mza” haqqında daha ətraflı məlumatı rəsmi saytına keçid edərək əldə edə bilərsiniz.

New Zeon haqqında:
“New Zeon” Azərbaycanın paytaxtı Bakı şəhərində sahibkarların, mütəxəssislərin və startapların rəqəmsal mərkəzidir. Onun əsas məqsədi peşəkarları və istedadları dəstəkləyən platforma olmaqdır. “New Zeon” milli və xarici kadrların inteqrasiyasına, beynəlxalq təcrübənin Azərbaycan bazarında tətbiqinə kömək edir.


Teqlər: Elektron-xidmətlər   E-mza  





Xəbər lenti