Gənc oğlanı öldürən şəxsin işi məhkəməyə göndərilib

   Gənc oğlanı öldürən şəxsin işi məhkəməyə göndərilib
  19 Aprel 2024    Oxunub:606
2024-cü il yanvarın 5-də Füzuli rayonunun Kürdmahmudlu kənd sakini 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Füzuli rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, istintaqla 2005-ci il təvəllüdlü Neymət Bayramlının rayonun Aşağı Kürdmahmudlu kəndi ərazisində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Azər Allahverdiyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Neymət Bayramlıya Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər: cinayət   məhkəmə   Füzuli  





Xəbər lenti