Azərbaycan və Yaponiya arasında turizm əlaqələri müzakirə olunub

   Azərbaycan və Yaponiya arasında turizm əlaqələri müzakirə olunub
  19 Aprel 2024    Oxunub:831
Turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları aprelin 19-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe arasında keçirilən görüşdə müzakirə olunub.
AzVision.az xəbər verir ki, görüşdə sentyabr ayında Yaponiyanın Osaka şəhərində keçiriləcək "JATA Tourism Expo" sərgisində Azərbaycanın iştirakı və Yaponiyada Azərbaycan haqqında məlumatlılığın artırılması ilə bağlı layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı tanınmış yaponiyalı serial və film mütəxəssisi Fukuzava Katsuonun may ayında Azərbaycana səfər edərək ölkəmizin görməli yerləri ilə tanış olması və Azərbaycanın turizm imkanlarını əks etdirən verilişlər hazırlaması təklif edilib.

Müzakirələr zamanı qarşılıqlı turist səfərlərinin təşviq edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

AzVision.az


Teqlər: Azərbaycan   Yaponiya   turizm   görüş  





Xəbər lenti