İlham Əliyev Moskvada Putinlə görüşəcək

   İlham Əliyev Moskvada Putinlə görüşəcək
  19 Aprel 2024    Oxunub:751
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel ayının 22-də Rusiyaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək.

Görüşdə Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, həmçinin cari regional problemlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır.

İki ölkənin rəhbərləri SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti